Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nevroz və depressiyadan qurtulmaq istəyirsiz? - Mədənizi müalicə edin

Nevroz və depressiyadan qurtulmaq istəyirsiz? - Mədənizi müalicə edin

Tarix: 3 May 2021 23:42

İnsanda depressiya, təşviş, nevroz onun mədə-bağırsaq problemlərindən qaynaqlana bilər.

Sonxeber.net xəbər verir ki, endokrinoloq Yekaterina Qriqoryeva emosional hisslərin bağırsaq mikroflorası və mikrobiotdan birbaşa asılı olduğunu bildirib.

Mədə-bağırsağında iltihab, xora və bakteriya olan insanda mikroelement və vitamin defisiti olur, bu da depressiya, emosional gərginlik yaradır.

İnsanı xoşbəxt və rahat edən hormonlar: dofamin, serotonin, endorfinlər, oksitocindir.

"Pis əhvalı olan, yorğun, aqressiv insanda neyromediator, hormonal defisit var. Müasir insan gündəlik normadan artıq stress dozası alır, yaxşı yatmır, stimulyatorlar yeyib içir, qidalanması zəifdir. Daha çox karbohidratlar yeyir.

Şirniyyat bir müddət əhvalı qaldırır, sonra qanda şəkər qəfildən düşür və insanda halsızlıq, apatiya, baş ağrıları artır. Qlükozadan, şirniyyatdan asılılıq kokaindən 20 dəfə çox güclüdür.

Ona görə də psixoloji problemləri olanlar birinci növbədə mədə-bağırsağın müalicəsində başlamalı, hormonlar, vitamin və mikroelementləri bərpa etməlidir. /medicina.az


Etiketlər:  Nevroz depressiyadan qurtulmaq istəyirsiz Mədənizi müalicə edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ