Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Politoloqdan Qarabağdakı ermənilərə xəbərdarlıq: Başqa çarələri yoxdur, ac qala bilərlər - VİDEO

Politoloqdan Qarabağdakı ermənilərə xəbərdarlıq: Başqa çarələri yoxdur, ac qala bilərlər - VİDEO

Tarix: 5 May 2021 11:50

Qarabağdan erməni hərbçilərin çıxması zamanla mümkün olacaq. Sosial şəbəkələrdə yayılan görüntülərdən, Ermənistan siyasi qüvvəllərinin və qondarma rejimin "nümayəndələri"nin açıqlamalarından da aydın olur ki, onlar ərazini tərk edir.

Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. O bildirib ki, yaxın zamanda Azərbaycanın Xankəndində, Xocalıda və Xocavənddə de-fakto yurisdiksiyası təmin olunacaq:

"Azərbaycan torpaqlarını 3 fazada işğaldan azad etdi və etməkdədir. Birinci müharibə, ikinci hərbi-siyasi yol idi. Üçüncü faza isə siyasi-iqtisadi amillər üzərində qurulacaq. Yəni onlara həm siyasi, həm iqtisadi təzyiq olacaq. Bəziləri düşünür ki, Xankəndində, Xocalıda və Xocavənddə yaşayan erməni əhalisi Azərbaycanın suverenliyini qəbul etməyəcək. Bunu düşünənlər böyük yanlışlığa yol verir. Qarabağdakı erməni əhalisinin başqa çarəsi yoxdur, ac qala bilərlər. Çünki Azərbaycan qanunsuz yolla oraya gələn daşınmaların qarşısını alacaq".


Etiketlər:  Politoloqdan Qarabağdakı ermənilərə xəbərdarlıq Başqa çarələri yoxdur qala bilərlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ