Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Köhnə tanışlar Ermənistanı xilas etmək üçün birləşirlər - Azərbaycana qarşı ...

Köhnə tanışlar Ermənistanı xilas etmək üçün birləşirlər - Azərbaycana qarşı ...

Tarix: 6 May 2021 01:00

Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla aprelin 26-da telefon danışığının detalları indi daha aydın olmağa başlayır. Fransa tərəfinin təşəbbüsü ilə baş tutan bu telefon danışığı zamanı prezidentlər Qarabağ ətrafındakı vəziyyəti müzakirə etməklə yanaşı ATƏT-in Minsk qrupu da daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə koordinasiyaya hazırlıq ifadə edilib.

Günlər öncə Fransanın Ermənistandakı səfiri Conatan Lakot "Armenpress" agentliyinə müsahibəsi prezidentlərin telefon danışığından sonra Kremllə Parisin mətbuata açıqlamalarında fərq ortaya çıxdı. Kremldən yayımlanan açıqlamada prezidentləri müxtəlif mövzuları, o cümlədən Ukrayna və Qarabağdakı vəziyyəti müzakirə etdikləri bildirilmişdisə, Parisin mətbuata ötürdüyü açıqlamada fərqli cümlə yer aldı: "Prezidentlər Qarabağda bağlı "yeni təşəbbüslər" hazırlanması barədə razılığa gəliblər". 

Əslində fərqi öncədən də təxmin etmək mümkün idi. Bir tərəfdə Qərbin təzyiqləri, sanksiyaları ilə üz-üzə qalan, regionda ən əhəmiyyətli tərəfdaşını itirmək istəməyən Rusiya, digər yanda isə II Qarabağ müharibəsi zamanı və post müharibə dövrünün lap ilk günlərindən hər bəyanatda ermənipərəstliyini açıq ortaya qoyan bir Fransa var. 

Kremlin açıqlamasında məlum cümlə olmasa da Parisdən "yeni təşəbbüslərlə" bağlı cümləyə etiraz da olmadı. Bu da rəsmi Parisin yaydığı məlumatın həqiqəti əks etdirdiyi anlamına gəlmiş sayıla bilər. Çünkü Rusiya prezidentinin sözçüsü Peskov məsələyə aydınlıq gətirmək əvəzinə susmağı üstün tutdu. Susmaq da əksər hallarda razılıq əlamətidir. Belə nəticə çıxır ki, demək tərəflər Qarabağda "yeni təşəbbüslər" barədə nəsə danışıblar.

Görünür Kreml bu cümləyə yer verməməyinin səbəbini daha yaxşı bilir. O zaman biz bir daha xatırladaq. Görünür rəsmi Moskva "İsgəndər-M" qalmaqalından sonra hələ də gərgin olaraq qalan münasibətlər fonunda bir yandan da rəsmi Bakıda yaranacaq suallardan narahat olub.

Bəs Bakının necə reaksiya verəcəyindən narahat olmayan, hələ 44 günlük müharibə vaxtı mövqeyini açıq ortaya qoyan Paris "yeni təşəbbüslər" dedikdə nələri nəzərdə tutur?

Bu ifadəni Fransanın Ermənistandakı səfirinin sözlərinə istinad açmaq mümkündür. Səfir vurğulayıb ki, Minsk Qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir. Buradan aydın olur ki, Minsk Qrupu fransalı diplomat vasitəsi ilə qurumun fəaliyyətini aktiv fazaya keçirmək məqsədi ilə nəbz yoxlanışı etmək istədi. Ən əsası isə bu açıqlamadan o da aydın oldu ki, ortada Paris və Moskva arasında Qarabağla bağlı yeni danışıqlar var. Rəsmi Bakı isə ilk gündən mövqeyini açıq-aşkar ortaya qoyub. 

Həmsədlərin bəyanatının əksər hissəsi yeni postmünaqişə dövrü üçün ən mühüm məsələlərə deyil, daha çox bir sıra digər fikir və elementlərə həsr olunub. Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində yaranmış reallıqda Azərbaycan tərəfinin mövqeyi bəllidir. Bizim prioritetlərimiz sırasına 30 il ərzində davam etmiş münaqişənin təsirinə məruz qalmış ərazilərimizin bərpası, yenidən qurulması və yenidən inteqrasiyası, bu proses nəticəsində və münaqişənin təsirinə məruz qalmış bütün ərazilərində bərpa ediləcək Azərbaycan Respublikasının konstitusion qaydası çərçivəsində həmin ərazilərdə məskunlaşmış bütün, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının etnik və dini və ya digər hər hansı mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqluluğunun təmin edilməsi daxildir. Eyni zamanda, münaqişənin həlli Azərbaycanla Ermənistan arasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında normal əlaqələrin qurulması üçün perspektiv yaradır.

Azərbaycan tərəfinin mövqeyi bəllidir. Xankəndi bizim daxili işimizdir və bu məsələ Minsk qrupu formatına çıxarılmayacaq. Minsk qrupu yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını tezləşdirmək üçün təkliflər edə bilər.

Çünkü 30 illik fəaliyyəti dövründə Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir müsbət irəliləyişə nail olmayan ATƏT MQ-na münaqişənin artıq həll olunduğu və Azərbaycanın öz gücünə BMT TŞ-nin müvafiq qətnamələrinin icrasına nail olduğu, öz ərazi bütövlüyünü bərpa etdiyi halda fəaliyyətinə artıq heç bir lüzum görmür. Azərbaycanın öz müqəddəratını həll etdikdən sonra yenidən peyda olmaq sevdasına düşən Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın ədalətli mövqe tutacağı, beynəlxalq hüquqa əməl edəcəyi rəsmi Bakı üçün nağıldan başqa bir şey deyil. ATƏT-in Minsk Qrupu üzvlərinin yenidən fəallığını, Qarabağ ətrafında monipulyativ addımlarını müharibəyə qədər olduğu kimi tərəflər arasında obyektivliyi güdməyən və postmüharibə reallıqlarını nəzərə almayan yersiz cəhd kimi qiymətləndirmək olar.

Təhməz Əsədov


Etiketlər:  Köhnə tanışlar Ermənistanı xilas etmək üçün birləşirlər Azərbaycana qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ