Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 08:48
Xroniki böyrək çatışmazlığı simptomokompleks olub, hemostazın pozulması ilə meydana çıxan, nefronların durmadan məhvinə səbəb olan, xroniki, ikitərəfli böyrək xəstəlikləri nəticəsində baş verən, böyrəklərin funksiyasının uzun müddətli, proqressiv pozulmasıdır. Bununla belə böyrəklər müxtəlif metobolitlərin ekskresiyası, su-duz, qələvi-turşu, osmotik hemostazın sabitliyini təmin etməkdə böytük kompensator imkanlara malikdir.
Hətta 50% nefronların məhvi adətən simptomsuz keçir və heç bir əlamət vermir. Dünya Səhiyyə Təşkilatı böyrək çatışmazlığı xəstələrinin günü-gündən artdığını bildirir. Xroniki böyrək çatışmazlığının 3 mərhələsi ayırd edilir
I mərhələ - Bu zaman böyrək çatışmazlığının əlamətləri müşahidə edilmir, amma böyrək zədələnməsi əlamətləri ön planda diqqəti cəlb edir. Bu əlamətlərə aiddir:
- nefrotik sindrom
- tubulyar sindrom
- sidik sindromu
- arterial təzyiqin yüksəlməsi
- proteinuriya
- ödemlər.
II mərhələ - Bu mərhələ böyrək çatışmazlığı simptomlarının müxtəlif kombinasiyası və onun dərəcəsi ilə müşahidə olunur. Bu mərhələdə birinci mərhələnin simptomlarına uremiya simptomu əlavə olunur.
III mərhələ - Bu mərhələ son mərhələ hesab olunmaqla böyrəklərin ən ağır vəziyyəti hesab edilir. Bu zaman əgər dializ müalicəsi başlamasa, uremik intoksikasiyanın ağır təzahürləri meydana çıxır.
Böyrək çatışmazlığının əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır:
Böyrək yumaqcıqlarının zədələnməsi ilə keçən xəstəliklər
- xroniki qlomerulonefrit
- yarımkəskin qlomerulonefrit
- pielonefrit
- intersistal nefrit.
Böyrəklərin zədələnməsi ilə keçən birləşdirici toxumanın diffuz xəstəlikləri
- qırmızı qurd eşənəyi
- sistem sklerodermiya
- düyünlü periarterit
- hemoragik vaskulit
Mübadilə pozğunluğu xəstəlikləri
- şəkərli diabet
- amiloidoz
- podaqra
- sistinoz
- hiperkalsinuriya
böyrəklərin anadangəlmə, irsi xəstəlikləri
- böyrək polikistozu
- diffuz mezangial nefroskleroz
- nefropatiya ilə keçən skletin anadangəlmə xəstəlikləri
Damarların birincili zədələnmsi
- bədxassəli hipertoniya xəstəliyi
- esensial hipertoniya
Obstuktiv nefropatiyalar
- böyrəkdaşı xəstəliyi
- hidronefroz
- sidik-cinsiyyət sisteminin şişləri.