Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 16:15
Müğənni Eldəniz Məmmədov estrada ifaçılarının geyimlərinin tənqid edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi "Birə-bir" proqramında xanım müğənnilərin çox açıq geyindiyini deyib:
"Milli mentaliteti geyimdə qorumalıyıq. Bir az abırlı geyinmək laızmdı. Açıq-saçıq olmaz. Efirlərdə çox tərbiyəsiz formada geyinirlər. Aşırı olmaz, azərbaycanlı olmağımızı qorumalıyıq. Demirəm estrada müğənnisi xanəndə kimi geyinsin. Var bəzi geyimlər ki, olmaz. Bizim estrada müğənniləri var ki - Tünzalə Ağayeva, Natavan Həbibi yaxşı geyinir. Təzə gələnlər aşırıdır, xoşagəlməyən geyimlərdədirlər".
Eldəniz "Bəs, Səidə Sultan" sualına "Köhnə müğənnilərdəndir, yeni deyil. Çox açıq geyinir" cavabını verim.