Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kompüterin hackerlərdən qorunması üçün Chrome brauzerinə yeni təhlükəsizlik funksiyası əlavə edilib

Kompüterin hackerlərdən qorunması üçün Chrome brauzerinə yeni təhlükəsizlik funksiyası əlavə edilib

Tarix: 11 May 2021 21:24

Google şirkəti Chrome brauzerində istifadəçi məlumatlarının təhlükəsizliklərini hardware enforced stack protection texnologiyası vasitəsilə təkmilləşdirib. Beləliklə bundan sonra brauzer hackerlərə Windows-dakı təhlükəsizlik boşluqlarından istifadə imkanını verməyəcək. Lakin qeyd etmək lazımdır ki, bu yeni funksiya Windows 10 2004 və digər Windows 10 versiyaları ilə çalışan 11-ci nəsil Intel və ya AMD Zen 3 Ryzen prosessorlarına sahib kompüterlərdə dəstəklənir. Söhbət, Intel Control-Flow Enforcement Technology (CET) texnologiyasından gedir.

Bu texnologiya ilk dəfə keçən il Windows 10-da reallaşdırılmışdı. O, hardware səviyyəsində tətbiqin yerinə yetirilməsini izləyərək çox vaxt istifadə olunan exploitlərin qarşısını alır. İndi isə CET Chrome 90 brauzerinin bir hissəsinə çevrilib və hackerlərin brauzer üzərindən zərərli kodun yerinə yetirilməsi ilə sistemə daxil olmaları ehtimalını bloklayır. Bu yeni təhlükəsizlik funksiyası təkcə Chrome brauzerinə inteqrasiya edilməyib. Microsoft bu funksiyanı həmçinin özünün Edge brauzerinə inteqrasiya edəcək.

Bununla yanaşı onun Mozilla Firefox və Opera kimi brauzerlərdə də yaxın zamanda istifadəyə veriləcəyi gözlənilir. Əgər kompüter CET dəstəkli prosessor vasitəsilə çalışırsa, Chrome brauzerinin hardware səviyyəsində təhlükəsizlikdən istifadə edib-etmədiyini Task Manager vasitəsilə yoxlamaq olar. Task Manager-i işə salandan sonra Details bölməsinə daxil olmaq lazımdır. Nəticədə əgər kompüterin prosessoru bu funksiyanı dəstəkləyirsə, Details bölməsinin yuxarı hissəsində hardware enforced stack protection parametri əks olunacaq.


Etiketlər:  Kompüterin hackerlərdən qorunması üçün Chrome brauzerinə yeni təhlükəsizlik funksiyası əlavə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ