Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2021 22:08
Astronomlar Qırmızı Planetdə son zamanlarda vulkanik fəaliyyət izlərini aşkar edib. Püskürmənin təxminən 50 min il əvvəl meydana gəldiyini nəzərə alsaq, bu o deməkdir ki, növbəti belə hadisə hər an baş verə bilər.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bir zamanlar Marsda baş verən çoxsaylı və geniş miqyaslı vulkan püskürmələri planetin görünüşünü dəyişdirdi, ancaq demək olar ki, bütün bu kataklizmalar 3-4 milyard il əvvəl baş verib. İndiyə qədər Marsda ən gənc vulkanik fəaliyyət izlərinin təxminən 2,5 milyon yaşında olduğu ehtimal edilir. Onlar Eliziy düzündədir. Orbitada müşahidə aparan aparatların görüntülərdə, planetin qabağında olan çatlaq ətrafında qaranlıq bir sahə görünür və bu püskürmə izlərinin yaşı maraq doğurur. Meteorit kraterlərinin (meteorit düşməsi nəticəsində yaranan çalalar) sayına görə, 50 ilə 200 minillik arasındadır. Marsdakı vulkanlar o vaxt püskürə bilərdisə, indi də edə bilərlər.