Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qualcomm-un mobil prosessorlarında ciddi problem var

Qualcomm-un mobil prosessorlarında ciddi problem var

Tarix: 13 May 2021 23:40

Counterpoint Research şirkətinin mütəxəssisləri Qualcomm prosessorlarının modemlərində ciddi boşluq aşkar ediblər. Aşkar edilmiş boşluqdan istifadə edərək hackerlər Qualcomm modemlərinə sahib Android smartfonlarda konfidensial məlumatları əldə edə bilərlər. Mütəxəssislərin hesablamalarına əsasən bu təhlükə aktual olan Android smartfonların 40%-ni əhatə edir. Mütəxəssislər qeyd ediblər ki, Qualcomm-un bəzi prosessorlarındakı modemlərdə olan boşluq proqram təminatını dinamik şəkildə dəyişməyə və standart təhlükəsizlik sistemlərindən yan keçməyə imkan verir. Nəzəri cəhətdən zərərli tətbiqlər bu cür boşluqdan istifadə edə bilərlər.

Nəticədə onlar telefon zənglərinin tarixçəsini, mətn və səsli mesajları əldə edə, bəzi hallarda isə real zaman ərzində telefon danışıqlarını dinləyə bilərlər. Milyonlarla istifadəçinin telefon danışıqlarının yazıları da potensial olaraq oğurlana bilər. Aşkar edilmiş boşluğu analiz edəndən sonra mütəxəssislər qənaətə gəliblər ki, Google, Samsung, LG, OnePlus, Xiaomi və digər məşhur brendlərin smartfonları bu boşluqdan zərər çəkə bilərlər. Təqdim edilmiş hesabatla tanış olandan sonra Qualcomm bildirib ki, o, 2020-ci ilin dekabr ayında smartfon istehsalçılarına lazımi təhlükəsizlik yenilənmələrini göndərmişdi. Bundan əlavə olaraq Qualcomm bildirib ki, hal hazırda hackerlərin bu boşluqdan istifadə etdikləri bir hal qeydə alınmayıb.

Milli.Az


Etiketlər:  Qualcomm un mobil prosessorlarında ciddi problem var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ