Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 18:06
2021-ci ilin aprel ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 5 885 yeni abonent qeydiyyata alınıb.
Qurumdan Sonxeber.net-a verilən məlumata görə, onlardan 3 995-i Bakı, Abşeron və Sumqayıt, 1 890-ı isə regionların payına düşür. Bu ilin 4 ayı ərzində əhali sektoru üzrə 31 429 yeni abonent qeydiyyata alınıb.
Beləliklə, indiyədək ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 918 440, regionlar üzrə isə 1 milyon 440 min 470 abonent daxildir.