Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstraliyanın ən yaşlı adamı: Mütəmadi olaraq toyuq beyni yemişəm

Avstraliyanın ən yaşlı adamı: Mütəmadi olaraq toyuq beyni yemişəm

Tarix: 20 May 2021 21:06

Avstraliyanın ən yaşlı adamı - 111 yaşlı Dekster Kruger uzunömürlü olmasını toyuq beyni yeməsi ilə əsaslandırıb.

Abc.net.au xəbər verir ki, Krugerin 74 yaşlı oğlu Qreq də atasının şəhərdən uzaqda yaşamasının uzunömürlü olmasında böyük rol oynadığını deyib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, fermer olan Kruger bildirib ki, davamlı olaraq toyuq beyni yeyib.

Onun məskunlaşdığı qocalar evinin direktoru Melaniya Kalvertin sözlərinə görə, Krugerin yaddaşı hələ də yaxşı vəziyyətdədir:

"111 yaşlı bir insan üçün inanılmaz yaddaş var".

Avstraliyanın ən yaşlı insanı Kristina Kuk 2002-ci ildə 114 yaşında ölüb.


Etiketlər:  Avstraliyanın yaşlı adamı Mütəmadi olaraq toyuq beyni yemişəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ