Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onun transferində şəxsən özüm maraqlıyam'' - Samir Abasov

''Onun transferində şəxsən özüm maraqlıyam'' - Samir Abasov

Tarix: 22 May 2021 19:56

"Onun transferində şəxsən özüm maraqlıyam. Çox danışmaq istəmirəm. Oyunçuya və onun komandasına haqsızlıq etmiş olarıq. Onların da bütün fikri ölkə kubokunun finalındadır. Hələ ki, gözləyək, futbolçu öz oyununu oynasın".

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi TV"yə açıqlmasında komandanın baş məşqçisi Samir Abasov  "Keşlə"dən Sezar Meza Kollinin transfer olunub-olunmayacağı barədə suallara cavab verərkən deyib.

43 yaşlı mütəxəssis paraqvaylı yarımmüdafiəçi və onun agentləri ilə danışıqların davam etdiyini söyləyib: "Meza Kollinin komandası əziyyət çəkib finala vəsiqə qazanıb. Son görüşdə "Sumqayıt" və "Keşlə"yə uğurlar arzulayıram. Kubokun finalından sonra bu məsələyə qayıdacağıq. Sezar Meza Kolli bizim maraq dairəmizdədir və mənim istədiyim oyunçulardan biridir. Nə ondan, nə də klubundan cavab gəlib. Biz də onları başa düşürük. Sadəcə, azarkeşlər narahat olmuşdular deyə, bunu deyirəm. Açıqlamaya da bilərdik. "Keşlə"nin son oyununun bitməsini gözləyirik. Ondan sonra hər şey dəqiqləşəcək".


Etiketlər:  Onun transferində şəxsən özüm maraqlıyam Samir Abasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ