Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kameral vergi yoxlaması necə aparılır?

Kameral vergi yoxlaması necə aparılır?

Tarix: 23 May 2021 23:58

Vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, yoxlama zamanı kənarlaşmalar müəyyən edildikdə vergiödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Həmçinin hesabat dövrü ərzində dövriyyəsi olmayan, lakin müəyyən xərcləri olan, elektron qaimə-faktura əldə edən vergiödəyicisinin fəaliyyəti kameral vergi yoxlaması zamanı risk meyarı kimi qəbul edilir. Bununla bağlı isə vergi orqanı vergiödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.


Etiketlər:  Kameral vergi yoxlaması necə aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ