Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 09:24
ABŞ Dövlət katibinin köməkçisi Vendi Şerman bu həftə Türkiyəyə səfər edəcək. Ziyarətin səbəbi NATO zirvə toplantısına hazırlıq olsa da, əsas məsələ Bayden-Ərdoğan görüşünün yaxşı keçməsi üçün hazırlıq işlərinin aparılmasıdır. Türkiyə mediası diqqəti ona yönəldir ki, Vendi Şerman sıradan biri deyil. Obamanın prezidentliyi dövründə Şerman İran ilə bağlı aparılan müzakirələrdə ABŞ-ı təmsil edib. Sonra Trampın prezidentliyi dövründə Harvadda dərslər aparıb. "Milliyet" qəzeti yazır ki, Ərdoğan-Bayden görüşü ərəfəsində ABŞ-ın hazırlıq prosesinə göstərdiyi önəmdən çıxara bilcəyimiz nəticiələr var.
Birincisi, Bayden Brüsseldəki NATO zirvəsinə böyük önəm verir və Trampın pozduğu münasibətləri bərpa edəcəyinə ümid edir.
İkincisi, Rusiya və Çin ilə gərginliyin son dərəcə yüksək olduğu bir dönəmdə çıxacaq nəticəyə Türkiyənin veto qərarıyla çıxması probleminin yaranmasını istəmir. Vaşinqtonun Cənubi Kiprin NATO-ya üzv olmasına çalışdığı bəllidir. Egey dənizindəki Türkiyə-Yunanıstan gərginliyi fonunda bu məsələnin ABŞ prezidentinin Ərdoğan ilə görüşdə müzakirə olnacağı da diqqət mərkəzindədir. S-400 məsələsində bir anlaşma olmasa belə ən azından bu məsələ ətrafında müzakirə gedəcəyi istisna deyil. Türkiyə ilə ABŞ arasında ciddi problemlərin çox olduğu bir ərəfədə bu səfərin böyük önəm kəsb etdiyi bildirilir. ABŞ-ın ən yüksək rəsmisinin Türkiyəyə səfəri ona verdiyi önəmdən bəhs edir.
Böyük ehtimalla qondarma soyqırımının Co Bayden tərəfindən tanınmasından sonra yaşananlar prezidentlərin görüşündə diqət mərkəzində olacaq. Eləcə də, Qarabağda mövcud durum, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına da toxununla bilər.
Azər Nuriyev