Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 10:48
Xəbər verdiyimiz kimi 28 may Respublika günü ilə əlaqədar ölkədə qeyri-iş günüdür.
Qeyri-iş günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyətin qoyulduğunu nəzərə alsaq belə bir sual yaranır: Cümə günü ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulacaqmı?
Sonxeber.net bildirir ki, məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu barədə hələ ki məlumat yoxdur:
"İctimai nəqliyyatın hərəkətinə məhdudiyyətin tətbiq edilməsi səlahiyyəti Nazirlər Kabineti yanında Operativ Qərargaha məxsusudur. 28 may belə bir qadağa tətbiq edilərsə, qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək", - deyə qurum rəsmisi qeyd edib.