Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günel ''qadın nə etməz?'' sualına belə cavab verib - VİDEO

Günel ''qadın nə etməz?'' sualına belə cavab verib - VİDEO

Tarix: 24 May 2021 11:15

"Deyirlər, İstanbulda pul verib proqrama çıxaq. İndiyənə kimi orada pul verib verilişə çıxmamışam".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri müğənni Günel Zeynalova "ATV maqazin onlarla" verilişinin "33 sula" rubrikasında deyib. Sənətçi pullarını nəyə xərcləməsindən danışıb:

"Zinət əşyası almıram. Anamın təkidi ilə indi başlamışam. Deyir ki, al, gələcək uşaqların üçün yığ. Deyirəm, qoy bir ərə gedim, sonra. Paltara çox pul xərcləyirəm. Bu, bütün sənətçilərin dərdidir".

Günel bildirib ki, öz və ailəsinin həyatından kitab yazacaq:

"Atamla anamın həyat hekayəsindən başlayacam. Onların böyük bir eşqi olub. Sonra öz həyatımda yaşadıqlarımı yazacam. İlk gedəndə yaşadıqlarım, başıma gələnlər, köçmələr... Elə bilirlər ki, gedən kimi şöhrətə qovuşdum".

Günel bağlarının, çoxlu evlərinin olması xəbərlərinə münasibət bildirib:

"İstanbulda evim var, Bakıda yoxdur. Danışanda elə deyirlər ki, bağ belə, bostan belə... Amma yox... Orada bir yanda atamla anam, bir yanda bacımgil, bir tərəfdə də mən yaşayıram. Evlərimiz yaxındır. Yemək yeyəndə anamgilə gedirəm. Pəhriz saxladığım üçün, evdə heç nə olmur. Bir yaşdan sonra tənhalğı daha çox sevirəm. Başım səs götürmür, təkliyi sevirəm".

Günel "qadın nə etməz" sualına belə cavab verib:

"Qadın xəyanət etməz, həyat yoldaşına pis davranmaz, öz dəyərini bilər. Bir qadın özünə qiymət verməlidir ki, qarşısındakı kişi də ona dəyər versin. Evimdəyəmsə atamla anamın balaca Gülüsüyəm. Amma səhnəyə çıxanda Azəri qızı Güneləm. Bəlkə adət-ənənəyə indi qiymət vermirlər. Amma vermək lazımdır. Çox "cool" olmaq lazım deyil. Marka geyinmək önəmli deyil. Ucuz bir şeyi geyinərəm, mənə dəyərli olar. Qısa da, açıq da geyinirəm, amma düzgün üslubda".

İfaçı bildirib ki, ona pislik edən hər kəsi bağışlayır:

"Bağışlayıram. Artıq bir çox insanı da bağışlamışam. Mən bağışlasam da, Allah bağışlamaz. Allah sən olmadan da onun cavabını verir. Bu yaxınlarda belə bir şey oldu, dostlarıma zəng etdim, halallıq aldım, halallıq verdim. Biri elə bilmişdi ki, intihar edirəm. Ondan sonra rahatladım".

G.Zeynalova ona atılan böhtanlardan söz açıb:

"Yolumu kəsənlər çox olub. Bir gün İbrahim bəy mənə zəng etdi. Aramızda bir münasibə tolması haqda söz yayıldı. İbrahim Tatlısəs mənim atam, qardaşım olub, əlini öpmüşəm. Biz xəbər yayılanda, deyirik, Azərbaycandakılar eşidir. Qayıtdı ki, böyüdün, sənətin tozunu uddun. Bəziləri sənətə gəlmək üçün nələrdənsə keçir. Bəziləri isə belə böhtana məruz qalır, sus. Ondan öyrəndiyim susmaqdır. Heç kimin qapısını bağlamamışam, əksinə açmışam. Əgər sən mənim namusumla bağlı nəsə deyirsənsə, qarşında məni görərsən".

Şəxsi həyatla bağlı suallara sənətçi "Bəziləri deyir, bəxtsizsən, Allah çirkin şansı verərdi. Heç bir qadın çirkin deyil. Həyatda bəzi şeyləri yaşamalı idim, yaşadım. Alnım açıq, başım dik yaşayıram. Bəxdim nə zaman yazılıbsa, nə sən, nə mən bilirəm. Bəlkə yalnız öləcəm. Bəzi şeylər həyatımda olub, dərs götürmüşəm. Demirəm, yaxtam, təyyarəm, orada villam olsun. Çox şükür, qazanmışam, hər şeyi də etmişəm. Bir qadın hüzur, rahatlıq istəyir. Bir kişinin ona verə biləcəyi şey dəyərdi. Xəyanət etməsin. Yalan deyib, etiraf etdiyi üçün bağışlayaram. Yalan deyir, başqasından eşidirəmsə, necə keçim? Kimə nə mənim həyatımdan? Atam, qardaşım, ailəm və özüm bilərəm. Bir də gələcək həyat yoldaşım bilər" cavabını verib.


Etiketlər:  Günel qadın etməz sualına belə cavab verib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ