Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yoxa çıxan erməni əsgərləri haradadır? - Köçəryan və Sarkisyan danışmaq istəmir

Yoxa çıxan erməni əsgərləri haradadır? - Köçəryan və Sarkisyan danışmaq istəmir

Tarix: 25 May 2021 01:42

"Bir müddət öncə sosial şəbəkələrdə, eləcə də KİV-də 44 günlük müharibə zamanı Cəbrayıl istiqamətindən İran tərəfinə keçən hərbi qulluqçularla bağlı müxtəlif məlumatlar paylaşıldı və belə bir iddialar var ki, hələ də İran tərəfində erməni hərbiçiləri saxlanılır. Onların hansı şərtlər altında saxlanılması, eləcə də İran hərbi nümayəndələrinin, generallarının Ermənistandakı həmkarları ilə müxtəlif təmasları müəyyən suallar doğurur və bu suallar daha çox erməni hərbi qulluqçuların vəziyyəti, onların sayı, hansı şərtlər altında İran tərəfinə keçməsi ilə bağlıdır".

Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib. 

O bildirib ki, Ermənistanın keçmiş prezidentləri İranla münansibətlərə xələl gətirməmək üçün daha çox susurlar:

"Ermənistanda daha çox müxalif camia bu məsələni qabardır və məsələnin daha geniş vüsət almasında, seçkiqabağı prosedurda daha çox maraqlı kimi görünür. Ona görə də bu məsələdən siyasi qazanc güdmək istəyən qüvvələr də aktivləşib. Bunu nəzərə alaraq 20 iyun tarixində elan olunmuş növbədən kənar parlament seçkilərində İranda olan erməni əsirlər məsələsi üzərindən ictimai riayətə təsir etmək və bu istiqamətdə spekulyasiyaları artırmaq niyyətləri də müşahidə olunur. Çünkü daha çox bu məsələlər ətrafında müxalifət nümayəndələri danışır və digər tərəfdən həm Ermənistan müdafiə nazirliyi, həm də diplomatik siyasi kanallarla səfirliklər səviyyəsində məsələnən təkzib olunması yaranır. Lakin əgər hadisə baş veribsə və hərbi qulluqçular İran tərəfinə keçiblərsə, İran tərəfi bunu haqlı olaraq ərazilərinə keçən hərbi qruplaşma kimi qeydə alıb, onlar barədə cinayət işi açıb ittiham edə bilər. 

Digər tərəfdən, Ermənistan müdafiə nazirliyi çox sakitliklə bu məsələni qəbul edir və yalnız təkzib etməklə kifayətlənir. Böyük ehtimallar var ki, həqiqətən də İran ərazisində erməni hərbi qulluqçular var, onlar saxlanılır və İran tərəfi də bunu öz regional maraqları konteksində istifadə edir. Bununla bağlı Ermənistan müxalifəti bu məsələni büruzə etmək üçün daha çox çalışır, müxtəlif məlumatlar əsasında analizlər aparırlar. Lakin burada maraq doğuran digər məsələ bundan ibarətdir ki, Ermənistanda hələ də müxalifətdə aktivliyi ilə seçilən qüvvələr bu məsələni nədənsə qabartmırlar. Və 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra noyabrın sonu, dekabrın əvvəllərində qəsdən Ermənistan tərəfindən Azərbaycan ərazisinə göndərilmiş terroristlərin və diversant qrupların saxlanılması ilə bağlı dünyaya car çəkən rəsmilər və siyasətçilər bu məsələdə susqunluq nümayiş etdirirlər. Bu da böyük bir parodoks kimi qeydə alınır. Çünkü AŞPA-nın iclaslarında Ermənistanın partiya sədri Edmon Manukyan təkbaşına aksiya keçirtmiş, AŞPA-da təmsil oluan deputatların diqqətini çəkməyə çalışmış və Azərbaycanda "hərbi əsirlər" saxlanılması ilə bağlı saxta və həqiqətə uyğun olmayan məlumatlar vermişdi.

Bu gün isə həmən Edmon Manukyan səhnədə yoxdur və İranda saxlanılan hərbi qulluqçuların aqibəti onu maralandırmır. Bundan başqa, Ermənistanda hakim siyasi oartiyanı və hazırda Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın siyasi iqtidarını devirmək istiqamətində bloklar şəklində birləşən Ermənistanın bütün eks-prezidentləri bu məsələdə çox qəribədir ki, susqunluq nümayiş etdirirlər. Həm Robert Köçəryan, həm Serj Sarkisyan, həm də Levon Ter-Petrosyan bu məsələyə münasibət bildirmir və İran Ermənistan arasında olan münansibətlərə xələl gətirməmək üçün daha çox susqunluq nümayiş etdirməklə qarşıdakı seçkilərin normal məcrada, özləri üçün isə qazanclı formada keçirilməsində maraqlıdırlar. Ona görə də burada həqiqəti üzə çıxartmaq üçün müxtəlif araşdırmalar aparılmalıdır və məsələni təkcə təkzib səviyyəsində yox, həqiqətən də əməliyyat ilə bağlı məlumatların ictimaiyyətə açıq olmasından sonra müxtəlif versiyaları gələcək dövrdə də izləyə bilərik. Bunun üçün də daha çox ictimaiyyətə açıq olan məlumatlar üzə çıxmalıdır və bu ətrafda araşdırmalar daha da artırılmalıdır".

Təhməz Əsədov


Etiketlər:  Yoxa çıxan erməni əsgərləri haradadır Köçəryan Sarkisyan danışmaq istəmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ