Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 17:26
Almaniya millisinin yeni baş məşqçisi rəsmən açıqlanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bundan sonra bundestimi "Bayern"i növbəti dəfə çempion edən Hans-Diter Flik çalışdıracaq.
Almaniya Futbol Federasiyası bu gün onunla rəsmi müqaviləyə qol çəkib. 56 yaşlı məşqçinin müqaviləsi 2024-cü ilədək olacaq. O, Almaniyada keçiriləcək AVRO-2024 də daxil olmaqla millinin sükanı arxasında çalışacaq.
Hans-Diter Flikin ilk işi sentyabrın 2-də dünya çempionatının seçmə oyunu olan Lixtenşteynlə matçda olacaq. Onun ilk ev matçı isə sentyabrın 5-də Ermənistanla qarşılaşma olacaq.
Qeyd edək ki, Almaniyanı dünya çempionu etmiş indiki baş məşqçi Yoaxim Löv AVRO-2020-dən sonra millidən ayrılacaq.