Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Whatsapp 1 həftədən sonra Hindistanda bloklana bilər

Whatsapp 1 həftədən sonra Hindistanda bloklana bilər

Tarix: 25 May 2021 21:52

Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi (MeitY) Whatsapp-a yeni konfidensiallıq siyasətindən imtina etmək əmrini verib. Əks halda Hindistan hökuməti qanuni tədbirlər görmək məcburiyyətində qalacaq. Dünən nazirlik Whatsapp rəhbərliyinə belə bir məktub göndərib və qənaətbəxş cavabın verilməsi üçün messencerə 7 gün vaxt verib. Bu barədə Techcrunch saytı xəbər verib. "Hindistanlı vətəndaşların hüquqlarını və maraqlarını qorumaq üzrə suveren məsuliyyətini yerinə yetirərək Hindistan hökuməti mövcud olan qanunlar çərçivəsində mümkün olan bütün variantları nəzərdən keçirdəcək" - deyə rəsmi məlumatda qeyd olunub.

Paralel olaraq Dehli şəhərinin Ali məhkəməsi Whatsapp-ın yeni konfidensiallıq siyasəti üzrə olan işə nəzarət edir. Ölkənin yerli antimonopoliya orqanları isə bu mövzu ilə bağlı araşdırmalar aparırlar. Buna cavab olaraq Whatsapp bildirib ki, Hindistanda olan bir çox şirkət eyni siyasətə riayət edir. Hələ bir neçə müddət bundan öncə Hindistan hökuməti Whatsapp-ın yeni konfidensiallıq siyasətinin tələblərindən narahat olduğunu qeyd etmişdi. Bundan əlavə olaraq Hindistan hökumətini qane etməyən fakt ondan ibarətdir ki, Avropa Birliyinə daxil olan ölkələrin vətəndaşları yeni qaydaların məcburi şəkildə qəbul edilməsi öhdəliyindən azad olunublar.

Hökumətin fikrincə bu üsul ilə messencer hindistanlı istifadəçiləri diskriminasiya edir. Qeyd etmək lazımdır ki, yeni konfidensiallıq qaydalarına əsasən Whatsapp istifadəçilərinin müəyyən məlumatları Facebook şirkətinə ötürüləcək. Facebook dəfələrlə qeyd edib ki, bu yeni qaydalar istifadəçilərin mesajlarını əhatə etməyəcək və onlar həmişəki kimi end-to-end şifrələnmə ilə qorunacaqlar. Hindistan Whatsapp üçün 1 nömrəli bazardır. Belə ki, Hindistanda 450 milyondan çox Whatsapp istifadəçisi var.

Milli.Az


Etiketlər:  Whatsapp 1 həftədən sonra Hindistanda bloklana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ