Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni BMW modeli haqqında məlumat yayılıb

Yeni BMW modeli haqqında məlumat yayılıb

Tarix: 25 May 2021 22:24

Hazırda BMW 2 Series modelləri ön ötürməli platformaya əsaslanırlar - bunlar Active Tourer və Gran Tourer kompaktvenləri, habelə Gran Coupe sedanıdır.

Buna baxmayaraq BMW 2 Series kupesi klassik quruluşunu qoruyacaqdır! Kupenin yeni nəslinin final sınaqlarına başlanıb, şirkət isə kamuflyaja bürünmüş prototipin sınaqlar zamanı çəkilmiş şəkillərini yayımlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni BMW 2 Series kupesinin istehsalına avqust ayında başlanmalıdır. Kupenin rəsmi təqdimatı yaxın vaxtlarda keçiriləcəkdir.

Milli.Az


Etiketlər:  Yeni modeli haqqında məlumat yayılıb


RƏYLƏR