Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qətərdə asfalt niyə mavi rəngə boyanır?

Qətərdə asfalt niyə mavi rəngə boyanır?

Tarix: 25 May 2021 22:40

Qətərdə dövlət strukturlarının təklifi ilə asfalt mavi rəngə boyanır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Qətər isti ölkə olduğundan yayda asfalt qara rəngə görə günəşin təsiri altında çox qızır. Asfalt örtüyünün temperaturu ətraf mühitin temperaturundan orta hesabla 20-25 dərəcə yüksək olur. Digər tərəfdən, yayda daimi istilik yol səthinin pozulmasını sürətləndirir. Həmçinin qızdırılan asfalt keyfiyyətini itirir və avtomobillərin hərəkəti üçün təhlükəli ola bilər.

Qətər bu problemi mavi boyanın köməyi ilə həll etməyə çalışır. Hazırda yollar yalnız təcrübə kimi boyanır. Bunun üçün Doha şəhərində Abdullah bin Jasem adına bir küçə seçilərək mavi rəngə boyanıb. Asfaltın istiliyi 1,5 il müddətində müşahidə olunacaq. Əgər mavi boya günəşdəki istiliyin 15-20 dərəcə aşağı düşməsinə kömək edəcəksə, onda bu texnologiya bütün ölkədə istifadə olunmağa başlayacaq.

Milli.Az


Etiketlər:  Qətərdə asfalt niyə mavi rəngə boyanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ