Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Xiaomi Redmi Note 8 2021” smartfonu “Full HD ” ekranla təchiz edilib

“Xiaomi Redmi Note 8 2021” smartfonu “Full HD ” ekranla təchiz edilib

Tarix: 26 May 2021 11:54

Çinin "Xiaomi" şirkəti "MediaTek" aparat platforması və "MIUI 12.5" interfeysli "Android 11" əməliyyat sistemindən istifadə edən orta səviyyəli "Redmi Note 8 2021" smartfonunu rəsmən təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, qurğu "Full HD " (2340 × 1080 piksel) ekranla təchiz edilib. Panelin diaqonal ölçüsü 6,3 düym təşkil edir. Cızılma hallarından qorunmanı möhkəm "Corning Gorilla Glass 5" şüşəsi təmin edir. Bundan başqa, 2 giqahers takt tezlikli səkkiz nüvə, "ARM Mali-G52" qrafik sürətləndiricisi və "4G" modeminin daxil olduğu "Helio G85" prosessoru tətbiq edilib. "LPDDR4x" operativ yaddaş tutumu 4 giqabayt təşkil edir.

 

Məlumata görə, 13 meqapikselli ön kamera ekranın yuxarı hissəsində kiçik kəsikdə yerləşir. Əsas kamera dörd komponentdə hazırlanıb: bu 48 meqapikselli "Samsung GM1" sensoru, genişbucaqlı (118 dərəcə) optikaya malik 8 meqapikselli blok, 2 meqapikselli dərinlik sensoru və 2 meqapikselli makromoduldur.

 

Smartfon "Wi-Fi 802.11ac" və "Bluetooth 5.2" adapterləri, "FM" qəbuledicisi, "USB Type-C" portu, qulaqcıq üçün 3,5 millimetrlik çıxış, 64/128 giqabayt tutumlu quraşdırılmış yaddaş, daktiloskopik skaner ilə təchiz edilib. Qabaritlər 158,3 × 75,3 × 8,35 millimetr, çəki 190 qram təşkil edir. Enerji 18 vatlıq sürətli enerjidoldurmanı dəstəkləyən 4 min milliamper/saat tutumlu akkumulyator batareyası tərəfindən təmin olunur.

 

Nizam Nuriyev




Etiketlər:  Xiaomi Redmi Note 8 2021 smartfonu Full HD ekranla təchiz edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ