Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan 6 erməni diversantın ələ keçirildiyini təsdiqlədi

İrəvan 6 erməni diversantın ələ keçirildiyini təsdiqlədi

Tarix: 27 May 2021 09:58

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən 6 erməni hərbçinin zərərsizləşdirilərək saxlanılması barədə məlumatı təsdiqləyib.

Sonxeber.net xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat verib.

Xatırladaq ki, dünənsaat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar ələ keçirilib.

Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Etiketlər:  İrəvan erməni diversantın ələ keçirildiyini təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ