Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kibariyə və əri ilə bağlı dələduzluq iddiası

Kibariyə və əri ilə bağlı dələduzluq iddiası

Tarix: 28 May 2021 18:10

İş adamı Sebahattin Qirgin müğənni Kibariyə və həyat yoldaşı Ali Küçükbalçıkla bağlı şok sözlər deyib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Sebahattin Kibariyənin Yalıkavakdakı evini 2019-cu ildə 4,5 milyon lirəyə satın aldığını, amma banka borcu olduğu üçün ildir villanı adına keçirə bilmədiyini söyləyib.

Biznesmen ifaçı və ərinin evi iki fərqli adama satdığını bildirib. Qirgin "Bu evi 2 il əvvəl Kibariyə xanımdan satın aldım. Ataşehirdəki evlərində görüşdük. 2 milyon 300 min banka borcu var idi. Onu bağlamaq və cütlüyə 2 milyon 200 min lirə ödəyəcəyimi deyib, razılaşdıq. "Mən oxuyub, yaza bilmirəm" dedi. Notarius müqaviləsini öz əli ilə yazdı, müğənni də imzaladı. Bundan sonra ödəmə etdim. Amma evi iki başqa adama da kirayə veriblər. Adamlar evimə gəlib 120 min lirəlik ziyan vurdular. Mənə ziyan verdilər. Mənə "qardaşım" deyən Kibariyə polisə "Onu heç tanımıram, evimə icazəsiz girib, əlimdən almaq istəyir" sözlərini deyib. Daha sonra da evi Ahmet Serin adlı başqa birinə satdılar. Əri Əli və evin yeni sahibi Ahmet məni ölümlə təhdid edir. Polisə şikayət etmişəm" deyə, açıqlamasında qeyd edib.


Etiketlər:  Kibariyə əri ilə bağlı dələduzluq iddiası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ