Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa qarşı ürəyi gücləndirək 5 QIZIL QAYDA

Koronavirusa qarşı ürəyi gücləndirək 5 QIZIL QAYDA

Tarix: 28 May 2021 20:36

Koronavirusun ən çox təsir etdiyi orqan ürəkdir.

Milli.Az xəbər verir ki, türkiyəli mütəxəssis Atalay Karakaya koronavirusun damarlarda laxtalanmaya səbəb olduğunu bildirib:

"Ayaqlarda yaranan laxtalanma ürəyə, ürəkdən ağciyərlərə çatdığı zaman ölümcül nəticələrə yol açır. Bu müddətdə maksimum səviyyədə ürək-damar sağlamlığınızı qoruyun".

Ən az 2 litr su!

"Xüsusilə isti yay günlərində ən az 2 litr olmaqla 3 litrə qədər su içilməlidir. Yetərli miqdarda su qandakı laxtalanmanın qarşısını alır".

Həkim yoxlanışlarını ertələməyin!

"Artıq çəki və yuxu pozuntuları da metabolik problemlərlə birlikdə, ürək-damar sağlamlığımıza mənfi təsir edən faktorlar arasındadır. Xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlər istifadə etdikləri dərmanları buraxmamalı, mütəmadi qəbul etməlidirlər".

Qidalanmanıza diqqət edin!

"Pandemiyada artan çox yemə istəyi, hərəkətsiz qalma və sifariş edilən şirniyyat və "fast food" kimi qidalar ürək damar xəstəliklərinə yol açır. Hazırda bu xəstəliklər daha da artdı. Qidalanmanızda sağlam qidalara və hərəkətsiz qalmamağa diqqət etməlisiniz".

Hazır qidalardan uzaq durun

"Mümkün olduğu qədər təbii və orqanik bəslənməyə üstünlük verin. Yüksək miqdarda duz, şəkər və yağ tərkibli paketli, hazır qidalardan uzaq durun. Qida tükətimində yağ, duz və şəkər tarazlığı isə çox önəmlidir".

Bol-bol harəkət edin

"Ürək, xüsusən damar sağlamlığı baxımından mütləq hərəkət etməliyik. Bu da psixoloji olaraq özümüzü rahat, pozitiv hiss etdirərək koronavirusa qarşı mübarizə aparmağımıza kömək edər". /medicina.az

Milli.Az


Etiketlər:  Koronavirusa qarşı ürəyi gücləndirək 5 QIZIL QAYDA


RƏYLƏR