Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 22:02
Türkiyə ilə Yunanıstan arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlərə dair sertifikatların qarşılıqlı tanınmasına dair razılıq əldə olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyə və Yunanıstan xarici işlər nazirləri məlumat veriblər.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana səfər edib. Afinada nazirlər Mövlud Çavuşoğlu və Nikos Dendias birgə mətbuat konfransı keçiriblər.