Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 09:34
Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş "Lider TV və Radio-Azərbaycan" MMC-yə əmlak inzibatçısı təyin edilib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur.
Xatırladaq ki, ötən gün bağlanmış teleradio şirkəti "Teleqüllə"yə borclu olub. Odur ki, onun əmlakını da "Teleqüllə"nin rəhbəri satacaq.
Kreditorlar suallarla bağlı əmlak inzibatçısına və yaxud "Lider TV və Radio-Azərbaycan"ın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayet Mehdiyev küçəsi, ev 83/23 ünvanına müraciət edə bilərlər. Telefon: (12) 497-61-58; 497-88-99.