Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Levon Ter-Petrosyan: vaxtında təklif edilən həll variantına getsəydik, xalqımız xoşbəxt olardı

Levon Ter-Petrosyan: vaxtında təklif edilən həll variantına getsəydik, xalqımız xoşbəxt olardı

Tarix: 1 Iyun 2021 12:34

Ermənistanın birinci prezidenti Levon Ter-Petsosyan bəyan edib ki, "əgər 90-cı illərdə təklif edilən mərhələli həll variantına belə getsəydik, indi bizim xalq xoşbəxt olardı. Mən mərhələli həll varinatına razı idim. Bu varianta əsasən, biz Laçın və Kəlbəcəri Azərbaycan tərəfinə qaytarırdıq, Laçın dəhlizi bizdə qalmaq şərti ilə. Bu dəhliz minimum 22 km olmalı idi, indiki kimi 4 km deyil".

Eks-prezident əlavə edib ki, balans 1997-98-ci illərdə pozuldu. Azərbaycanda Beynəlxalq neft konsorsiumu yarananda: "Bundan sonra Əliyevin sözü dəyişdi. Lissabon sammitindən sonra masada Qarabağ haqqında adi bir sənəd qoyulmuşdu. Yəni ATƏT Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində əsas rola malik idi. Həmin bəyannamə müzakirə olunan zaman Vardan Voskanyan da orada idi, o bizi əmin etdi ki, hər şey öz qaydasındadır. Biz Lissabona çatanda Voskanyan bizi qarşıladı, onun rəngi qaçmışdı, kəkələyərək bildirdi ki, "Cənab prezident, ötən gün Amerika yeni qətnamə təklif edib və bunu bizdən başqa hamı ilə razılaşdırıb. Mən veto qoydum. Həmin qətnamənin Klintonun masasına necə çatması haqqında da məlumatlı idim. Bunu Texasın neft lobbisi etmişdi".

"Dənizdən-dənizə Ermənistan, Kürdən-Araza respublika xəyallarından əl çəkmək lazımdır. İnsan hakimiyyətə gəldiyində bilməlidir ki, Ermənistanın vəziyyəti necədir, qonşuları ilə hansı problemləri var, hansı xarici çağırışlarla üzləşir və realist yollarla bu problemləri həll etməyə cəhd etməlidir. Xəyallar qurmaq yetkin olmayan cəmiyyətlərə xasdır. Böyük dövlətlər ətrafında nəhəng institutlar, analitiklər, araşdırıcı təşkilatlar işləyir və hər bir detala diqqət yetirilir. Yəni siyasi addımlarının xeyir və ziyanlarını müqayisə edirlər. Dövləti idarə etməyə qadir olmayan insanlar hələ düşüncə tərzinə uyğunlaşmayıblar", - deyə Levon Ter-Petrosyan bəyan edib.

Azər Nuriyev
Milli.Az


Etiketlər:  Levon Ter Petrosyan vaxtında təklif edilən həll variantına getsəydik xalqımız xoşbəxt olardı


RƏYLƏR