Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlilliyi olan şəxslərlə bağlı yeni qaydalar müəyyənləşir

Əlilliyi olan şəxslərlə bağlı yeni qaydalar müəyyənləşir

Tarix: 1 Iyun 2021 13:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatı məqsədilə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, layihə artıq Milli Məclisə təqdim edilib.

Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklifi yer alıb.

Bu o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq.


Etiketlər:  Əlilliyi olan şəxslərlə bağlı yeni qaydalar müəyyənləşir


RƏYLƏR