Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ“dan ayrılan Mahir Polşada 1,5 milyon avro maaş alacaq?

“Qarabağ“dan ayrılan Mahir Polşada 1,5 milyon avro maaş alacaq?

Tarix: 2 Iyun 2021 18:32

"Qarabağ"dan ayrılan Azərbaycan millisinin hücumçusu Mahir Emreli qarşıdakı 7-10 gün ərzində Polşaya yollanacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə sportinfo.az-a onun meneceri Tural Əsgərov məlumat verib.

Tanınmış agentin bildirdiyinə görə, "Legiya" səfərin tezliklə gerçəkləşməsi üçün bir müddət əvvəl müvafiqq dövlət strukturlarına müraciət edib və yaxın günlərdə viza problemi həllini tapmalıdır:

"Hazırda viza məsələləri həll edilir. Ardınca Mahir Polşaya yollanacaq. Tibbi müayinədən uğurla keçəcəyi, müqavilənin tam versiyası bizim gözlədiyimiz kimi qaydasında olacağı və hansısa problemin ortaya çıxmayacağı təqdirdə, müqavilə imzalayacaq.

Viza nə vaxt hazır olsa, Mahir ya Polşaya, ya da "Legiya"nın yay toplanışını keçəcəyi Avstriyaya gedə bilər. Şengen vizası ilə hər iki ölkəyə səfər mümkündür".

Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. Forvard Premyer Liqada 18 qolla bombardirlik yarışında ikinci olub.

Əsgərovun sözlərinə görə, sözləşmə müddəti sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 3 il olacaq. O, futbolçunun bu müddətdə 1,5 milyon avro qazanacağı yönündə mediada yayılan informasiyaları təsdiq etməyib.

Menecer rəqəm açıqlamasa da, bildirib ki, müqavilə şərtləri hər iki tərəfi razı salır və öhdəliklər mövsümdən asılı olaraq dəyişir.


Etiketlər:  Qarabağdan ayrılan Mahir Polşada milyon avro maaş alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ