Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 07:28
Bakı. Trend:
Altı meksikalı Texasın El Paso şəhərində ticarət mərkəzində təşkil olunan atışmanın qurbanı olub.
Trend-in məlumatına görə, bu barədə Meksikanın prezidenti Andres Manuel Lopes Obrador deyib.
Ölkə prezidenti təəssüflə bildirib ki, ABŞ-ın FTB hesabatında yeddi meksikalının həlak olması və yeddi nəfərin xəsarət alması göstərilib.
Faciə ilə əlaqədar olaraq Latın Amerikası ölkəsinin hakimiyyəti ABŞ-dakı meksikalıların müdafiəsini tələb etmək üçün hüquqi xarakterli tədbirlər görmək niyyətindədir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin