Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmək məcəlləsinə dəyişikliklər edilib - VİDEO

Əmək məcəlləsinə dəyişikliklər edilib - VİDEO

Tarix: 3 Iyun 2021 11:56

2 aprel 2021 ci il tarixli qanunla əmək məcəlləsində bir sıra dəyişiklik edilib.

Milli.Az Real TV-ə istinadən bildirir ki, Məqsəd Dövlət sosial sığorta haqlarından və eləcə də icbari tibbi sığorta haqlarından yayınma, əmək preoseslərində mülki hüquqı müqavilələrindən sui istifadə etmə hallarının qarşısını almaqdır.

Dəyişikliyə əsasən əmək münasibətlərinin əmək müqavilələri ilə rəsmiləşdirilməsi əmək məcəlləsinin prinsiplərindən biri kimi müəyyən edilib və əmək müqavilələrinin bağlanması vacibdir.

Qeyd edilən hallarda əmək müqavilələrinin rəsmiləşdirilməməsi məsuliyyətə səbəb olacaq. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Milli.Az


Etiketlər:  Əmək məcəlləsinə dəyişikliklər edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ