Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN-in polkovniki jurnalistlərlə kobud davrandığına görə işdən çıxarıldı

FHN-in polkovniki jurnalistlərlə kobud davrandığına görə işdən çıxarıldı

Tarix: 5 Iyun 2021 15:12

Jurnalistləri hədələyən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilibAraz Musayev
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi daxili xidmət polkovnik-leytenantı Araz Furqan oğlu Musayev 3 iyun 2021-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 38 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub və onları hədələyib, bununla da fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 4 iyun 2021-ci il tarixində imzaladığı müvafiq əmrə əsasən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib.


Etiketlər:  polkovniki jurnalistlərlə kobud davrandığına görə işdən çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ