Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

8 həftəyə 5 il cavanlaşdılar - Qocalar evində qeyri-adi TƏCRÜBƏ

8 həftəyə 5 il cavanlaşdılar - Qocalar evində qeyri-adi TƏCRÜBƏ

Tarix: 6 Iyun 2021 19:12

ABŞ və Kanada elm qrupu qocalarda xüsusi dieta və qidalanma ilə bioloji yaşa təsiri öyrənən təcrübə aparıblar.

Onlar qocalar evində yaşı 50-72 yaş arası 43 kişini kliniki tədqiqata cəlb ediblər.

Sonxeber.net xəbər verir ki, 8 həftəlik proqram çərçivəsində iştirakçılara dieta, fiziki məşqlər, yuxu və relaks metodikaları tətbiq edilib.

Onlar istənilən yağsız ət, balıq, çoxlu tərəvəz, meyvə, bitki qidaları yeyib, karbohidrat və şəkər tərkibli qidalar azaldılıb, yumurta və qaraciyər menyudan çıxarılıb.

Qocalara hər gün çoxlu antioksidant olan xüsusi meyvə-tərəvəzəz toz kokteyli, probiotiklər verilib.

İştirakçılar gecə 8 saat, gündüz yarım saat yuxu alıblar.

Həftədə 2 dəfə yüngül qaçış, tənəffüs gimnastikası, stress götürən meditasiyalar ediblər.

Bu proqram insanın DNT-sinə təsir edə bilir.

8 həftə bitdikdən sonra iştirakçıların bioloji yaşının 3-5 il endiyi, özlərini daha enerjili və gümrah hiss etdikləri təsdiq olunub. Onlar eyni yaşda olan və bunlara əməl etməyən həmyaşıdlarından daha gənc, sağlam görünürdülər. /medicina.az


Etiketlər:  həftəyə cavanlaşdılar Qocalar evində qeyri TƏCRÜBƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ