Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2021 18:02
Rusiyalı müxalif siyasətçi Dmitri Qudkov ölkəni tərk edib.
Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə yeleqram kanalında o özü məlumat paylaşıb. Qudkov hazırda Kiyevdə olduğunu bildirib.
Siyasətçi Rusiya Prezident Administrasiyasındakı mənbələrindən ölkəni tərk etməyəcəyi təqdirdə həbs ediləcəyi haqqında məlumat aldığını, buna görə də ölkədən getdiyini vurğulayıb.
O, məqsədin onun Dumadakı seçkiyə buraxılmaması olduğunu bildirib.
Qeyd edək ki, Qudkov keçən həftə saxlanılmış, evində axtarış aparılmışdı. Qudkovla bərabər onun xalası və atasına qarşı da cinayət işi başladılmışdı.