Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 23:24
"Android" sisteminin idarəetməsi altında işləyən qurğularda "WhatsApp" messencerinin istifadəçiləri "fləş zəng"lərin köməyi ilə öz hesablarına daxil olmaq imkanı əldə edəcəklər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, indi messencerdə hesaba giriş üçün SMS şifrlərdən (smartfona birdəfəlik istifadə üçün kod göndərilir) istifadə olunur.
Yeni funksiyanın istifadəyə verilməsi nəticəsində isə telefona gələcək zəngə cavab verməyə ehtiyac yoxdur, proqram özü hər şeyi edəcək. Bunun üçün mobil tətbiqetmə çağırışların tarixçəsinə giriş tələb olunacaq.
Qeyd edək ki, yeniləmə "iOS" platformasında əlçatan olmayacaq, çünki messencer bu əməliyyat sistemində zənglərin siyahısına giriş əldə edə bilmir.