Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 23:34
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan rəsmi Bakıya hazırda Azərbayandja saxlanan erməni diversantları oğlu Aşotla mübadilə etməyi təklif edib.
Sonxeber.net Ermənistan mətbuatına istinadən bildirir ki, N.Paşinyan bu bəyanatı parlament seçkilərindəki əsas rəqibləri - Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyanın ittihamlarına cavab olaraq yayıb.
"Rəsmən bildirirəm ki, Bakıya təklif edirəm - bütün əsirlərin əvəzinə oğlumu götürün. Rəsmən deyirəm. İnsan alış-verişi üzrə mütəxəssis olan Serjiklə Robik - sizə bu məsələ ilə danışıqlar aparmaq səlahiyyəti verirəm", - Paşinyan bildirib.
N.Paşinyanın sözlərinə görə, bu bəyanat emosional halda səslənməyib: "Köçəryanla Sarqsyan bu məsələdə bir neçə min dollar qazana biləcək insan alverçiləridir. Elə sizə layiq işdir".
N.Paşinyanın oğlu Aşot Paşinyan da Facebook səhifəsində status paylaşaraq atasının təklif etdiyi mübadiləyə hazır olduğunu vurğulayıb.