Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 23:56
2021-ci ilin mayında Azərbaycanın internet bazarında "Google Chrome" brauzerinin payı aprel ayı ilə müqayisədə 0,8 faiz azalıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, "Chrome" brauzerinin bazarda payı 77,01 faiz təşkil edib.
"Safari" brauzerinin may ayında payı aprellə müqayisədə 0,91 faiz artaraq 11,32 faiz təşkil edib.
"Samsung Internet" brauzerinin payı 0,2 faiz artaraq 4,6 faizə bərabər olub.
Eyni zamanda, may ayında "Opera" brauzerinin internet bazarında payı 0,22 faiz azalaraq 3,69 faiz təşkil edib.
"Yandex Browser" brauzerinin payı 1,32 faiz, "Microsoft Edge"in payı 0,87 faiz təşkil edib.