Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məscidlər yeni qayda ilə işləyəcək - VİDEO

Məscidlər yeni qayda ilə işləyəcək - VİDEO

Tarix: 9 Iyun 2021 11:30

Ayın 10-dan etibarən məscidlərdə namaz qılınmasına icazə veriləcək və COVİD-19 pasportu olanlar məscidlərə buraxılacaq. COVİD pasportunun olub-olmamasını isə icma üzvləri yoxlayacaq. Onlar həmçinin, məscidə gələn insanların pandemiya qaydalarına əməl edib-etməməsini yoxlayacaq və qaydalara riayət olunmasına nəzarət edəcək.

Yeni qaydalara əsasən, Məscidlərdə hər kütləvi ibadətdən sonra mütləq dezinfeksiya işləri görülməli, mütəmadi havalandırma həyata keçirilməlidir. dini ibadətlər əraziyə uyğun olaraq 50 nəfərdən çox olmamaq şərtilə baş tutacaq

Sosial məsafələr də gözlənilir, xüsusi işarələr qoyulub məscidlərdə.

İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət ediləcək. Məscidə gələn şəxslər ilk növbədə COVID-19 pasportunu təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməkdən çəkinməlidirlər.

Milli.Az


Etiketlər:  Məscidlər yeni qayda ilə işləyəcək VİDEO


RƏYLƏR