Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada avtobus piyadaları vurdu - 6 ölü, 15 yaralı

Rusiyada avtobus piyadaları vurdu - 6 ölü, 15 yaralı

Tarix: 10 Iyun 2021 10:44

Rusiyanın Sverdlovsk vilayətində avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.

Milli.Az "TASS" agentliyinə istinadən xəbər verir ki, insident nəticəsində 6 nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi ağır vəziyyətdədir.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, avtobusun əyləci tutmayıb və dayanacaqda gözləyən piyadaları vurub.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb edilib.

Milli.Az


Etiketlər:  Rusiyada avtobus piyadaları vurdu ölü yaralı


RƏYLƏR