Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağcaqanadlara qarşı genetik silah

Ağcaqanadlara qarşı genetik silah

Tarix: 12 Iyun 2021 20:52

ABŞ-ın Florida ştatında təbiətə geni dəyişdirilmiş sancmayan ağcaqanadlar buraxıldı. Onların vəzifəsi insanlara ölümcül infeksiya yoluxduran vəhşi növləri sıxışdırmaqdır. Bu üsul artıq dünyanın bir neçə bölgəsində sınaqdan keçirilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, 2009-cu ildə, 70 ildə ilk dəfə Floridanın Kis bölgəsindəki Ki-Uest şəhərində ağır qanaxma və şoka səbəb olan "denqe" qızdırmasının 94 hadisəsi qeydə alınıb. Xəstəliyə yoluxanların 20% müalicə olunmadan ölür. Bu xəstəliyin sayı ildən-ilə artıb daha sonra arxipelaqın səlahiyyətliləri belə bir təcrübə etməyə qərar verib. Vəhşi infeksiya daşıyıcılarını məhv edəcək genetik cəhətdən dəyişdirilmiş ağcaqanadların sərbəst buraxılıb. Geni dəyişdirilmiş ağcaqanadlar digər ağcaqanadlarla nəsil artımından sonra əmələ gəlmiş ağcaqanadlar artıq nəsil artıra bilir və bu yolla onların kökü kəsilir. ÜST qeyd etdiyi kimi, dünyada hər il ağcaqanadların yoluxdurduğu xəstəliklərdən təxminən 700 min insan ölür.

Milli.Az


Etiketlər:  Ağcaqanadlara qarşı genetik silah


RƏYLƏR