Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eriksen “İnter”in “WhatsApp” qrupuna mesaj göndərdi

Eriksen “İnter”in “WhatsApp” qrupuna mesaj göndərdi

Tarix: 13 Iyun 2021 14:24

AVRO-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itirən Danimarka millisinin üzvü Kristian Eriksenin son durumu haqda onun klubu "İnter"dən açıqlama verilib.

Milli.Az "Oxu.az"a istinadən xəbər verir ki, klubun baş direkotru Cüzeppe Morata İtaliya mətbuatına bildirib ki, Eriksen "İnter"in "WhatsApp"qrupuna mesaj yazıb:

"Kristian Eriksen az öncə "İnter"in "WhatsApp" qrupuna mesaj göndərdi. Sağlamlıq vəziyyətinə görə nikbinik. Danimarka millisinin tibbi heyəti Eriksenin durumunun nəzarət altında olduğunu bizə bildirdi".

Qeyd edək ki, daha əvvəl isə Danimarka Futbol Federasiyası xəstəxanada olan Eriksenin danışa bildiyini və yaddaşının yerində olduğunu açıqlamışdı.

Milli.Az


Etiketlər:  Eriksen İnterin WhatsApp qrupuna mesaj göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ