Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada COVİD-19-a yoluxanların sayı artır

Rusiyada COVİD-19-a yoluxanların sayı artır

Tarix: 13 Iyun 2021 16:08

Rusiyada son sutka ərzində daha 14 723 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 208 687 nəfərə çatıb.

Son sutka ərzində 357 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 126 430 nəfərə çatıb.

Qeyd edək ki, bundan öncəki sutka Rusiyada 13 510 nəfər COVİD-19-a yoluxmuşdu.

Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Milli.Az


Etiketlər:  Rusiyada COVİD 19 a yoluxanların sayı artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ