Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2021 23:27
Yayda sərinləmək üçün soyuq duş qəbul etmək bir çox xəstəlikləri kəskinləşdirir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, rusiyalı terapevt Aleksey Xuxrev yalnız tam sağlam adamların soyuq duş qəbul edə biləcəklərini açıqlayıb.
Əgər insanın şəkərli diabet, təzyiq, ürək-damar problemi varsa, qəfil soyuq suyun təsiri damarların spazmına səbəb olacaq, bu da ürək, beyin xəstəliklərini aktivləşdirir.
Eləcə də azyaşlı uşaqların, hamilə qadınların soyuq duş alması yolverilməzdir.