Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Putini ''layiqli rəqib'' hesab etdiyini deyib

Bayden Putini ''layiqli rəqib'' hesab etdiyini deyib

Tarix: 15 Iyun 2021 08:18

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini "layiqli rəqib", ağıllı və sərt bir siyasətçi adlandırıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə o, NATO sammitinin ardından Brüsseldə mətbuat konfransında çıxış edərkən deyib.

"Mən onunla artıq görüşmüşəm. Ağıllı, sərt birisidir və deyərdim ki, layiqli bir rəqibdir", - deyə Bayden bildirib.

ABŞ prezidenti, bir müddət əvvəl qalmaqallı çıxışında da dediyi kimi, Putini hələ də qatil hesab edib-etmədiyinə aydınlıq gətirməsi ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.

C.Bayden Cenevrədə V.Putinlə görüşdə Rusiya Federasiyası ilə ABŞ arasında potensial əməkdaşlıq sahələrini müəyyənləşdirəcəyini deyib və sammiti kritik adlandırıb.


Etiketlər:  Bayden Putini layiqli rəqib hesab etdiyini deyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ