Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“MediaTek” dünya prosessorlar bazarında liderdir

“MediaTek” dünya prosessorlar bazarında liderdir

Tarix: 15 Iyun 2021 22:32

"Counterpoint" şirkəti 2021-ci ilin birinci rübündə smartfonlar üçün ən populyar prosessor brendini açıqlayıb. Reytinqdə lider "Samsung", "Qualcomm" və "HiSilicon" kimi məşhur rəqibləri geridə qoyan "MediaTek" şirkəti olub.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hesabat dövrünün yekunları üzrə "MediaTek" şirkətinin bazar payı 35 faiz təşkil edib. İstehsalçı reytinqin birinci pilləsində son üç rüb ərzində qərarlaşaraq illik 11 faiz artım nümayiş etdirib. İkinci mövqedə 29 faizlik göstərici ilə "Qualcomm", üçüncüdə 17 faiz paya sahib çıxan "Apple" şirkətləri yer alıb. Siyahıda sonrakı yerdə "Samsung" (9 faiz) qərarlaşıb. Reytinqi hər mobil platforma brendi üçün 5 faiz payla "HiSilicon" və "Unisoc" tamamlayıb.

"Counterpoint" ekspertlərinin "MediaTek" nümayəndələrinə istinadən məlumatına görə, şirkətin 2021-ci ilin aprelində qazancı 1,32 milyard dollar təşkil edib ki, bu da ötənilki göstəricidən 78 faiz çoxdur.


Etiketlər:  MediaTek dünya prosessorlar bazarında liderdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ