Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seda Ərbili təcavüzdə ittiham etdi - FOTO

Seda Ərbili təcavüzdə ittiham etdi - FOTO

Tarix: 15 Iyun 2021 23:32

Türkiyəli müğənni Seda Sayan şoumen Mehmet Əli Ərbilin onun haqqında dediyi "keçmişi təmiz deyil" sözlərinə cavab verib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi Mehmet Əli Ərbil ilə bütün fotolarını silərək İnstaqramın hekayə bölməsində bunları qeyd edib:

"Tuğba ilə evli olarkən evinizdə çalışan qulluqçuya təcavüz edəndə səssiz qaldığım üçün keçmişimin kirli olduğu doğrudur. Hələ ardı da var. Məncə işinlə məşğul ol, ruhunu təmizlə. Bu hadisə məni kirli etmir. Onsuzda boşanma səbəbin bu olduğu üçün bütün yaxınların, ailən hadisəni bilirdi. Hamı səni xilas etmək üçün çalışırdı. Mən yad idim. Keçmişi kirli olan sənsən".

Seda Sayan daha sonra paylaşımlarını silərək "Dua et uşaqlarının xətrinə, Allahdan üzr istə məndən yox" sözlərini yazıb.


Etiketlər:  Seda Ərbili təcavüzdə ittiham etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ