Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Huawei” smartfonları nə vaxt “HarmonyOS” sistemi ilə yenilənəcək?

“Huawei” smartfonları nə vaxt “HarmonyOS” sistemi ilə yenilənəcək?

Tarix: 15 Iyun 2021 23:32

"Huawei" şirkəti yüzlərlə smartfon və planşet modelini mərhələli şəkildə "HarmonyOS 2.0" əməliyyat sisteminədək yeniləmək niyyətindədir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeniləmənin göndərilməsi prosesi növbəti ilin ortalarınadək davam edəcək. "HarmonyOS 2.0" sistemi ilə əvvəlcə qabaqcıl "Huawei Mate 40 Pro" kimi ən yeni modellər təchiz ediləcək.

Məlumata görə, yeni əməliyyat sistemi ilə "EMUI" yeniləməsinin göndərilməsinin dayandırıldığı smartfonlar, məsələn, 2016-cı ildə təqdim edilən "Huawei Mate 9" da təchiz olunacaq.

Əməliyyat sisteminin qlobaql miqyasda yayılması ilə bağlı planlar və istifadəçilər tərəfindən "Android" sistemindən istifadənin davam etdirilməsi barədə məlumat verilmir.


Etiketlər:  Huawei smartfonları vaxt HarmonyOS sistemi ilə yenilənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ