Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2021 13:52
Kolumbiya hərbi bazada partlayış baş verib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, hadisə Cucuta şəhərində qeydə alınıb. Belə ki, naməlum şəxslər bazada olan iki avtomobili partladıblar. Partlayış nəticəsində 36 hərbçi ağır yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Kolumbiyanın Milli Müdafiə Naziri Diego Molano hadisə yerinə gəlib.
Yerli hakimiyyət orqanları cinayətlərin arxasında Milli Qurtuluş Ordusu və Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin dayandığını bildirirlər.