Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 23:48
İnfeksionist Nikolay Malışev yeni koronavirus ştammlarının eşitmə qabiliyyətini zəiflətməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, bu xəstəliyin tamamilə fərqli simptomlarla ortaya çıxa biləcəyini deyib. Ekspertin sözlərinə görə, qarın ağrısı və ya eşitmə zəifliyi simptomları ilə koronavirus diaqnozu qoymaq mümkün deyil:
"Diaqnozu yalnız həkimlər qoya bilər. Bu simptomların səbəbləri fərqli ola bilər, amma bu cür müraciətlərdə artımın olduğuna dair məlumatım yoxdur".
Malışev sözügedən simptomlar görünəndən dərhal sonra həkimə müraciət etməyi məsləhət görüb.