Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2021 11:40
Penza vilayətinin Mokşan qəsəbəsində öpməkdən imtina edən bir məktəbli qızını öldürməkdə şübhəli bilinən 17 yaşlı rusiyalı tutulub.
Sonxeber.net lent.az-a istinadla bildirir ki, 14-22 yaş arası bir qrup məktəbli və tələbə şəhər parkında istirahət edib. Gəzinti zamanı dostlar alkoqollu içkilər mağazasına giriblər, sonra evlərinə dağılışmağa başlayıblar.
17 ayşlı yeniyetmə 14 yaşlı məktəbli qızı evə ötürmək qərarına gəlib. Yolda sevgilisinə təcavüz etməyə başlayıb və öpməyə çalışıb, lakin cəhdi baş tutmayıb. Bundan sonra oğlan məktəbli qızın əvvəlcə başını əzib, sonra bir şüşə parçası ilə bədəninin hər yerinə çoxsaylı xəsarət yetirib.
Yeniyetmə 14 yaşlı məktəblini öldürdüyü yerin yaxınlığındakı kolluqlarda gizlənibmiş.